SİNOV GETMƏK

“Çinşünas” mənasında sinoloq sözü işlədilir. Apelsin sözü “Çin al­ma­sı” deməkdir, yəni çin əvəzinə, sin sözünün işlədilmə halları var. Güman edi­rəm ki, sinov getmək elə “Çinə getmək” deməkdir, yəni bir şeyi çox arzuladıqda onun ardınca uzaq yerlərə (hətta Çinə) belə getməyə hazır olmaq əlaməti kimi işlədilir. Sin sözünün bir mənası da “komponent” deməkdir. Sinov getmək sanki orqanizmin hansı üzvünüsə itirmək və arzulamaq kimi də yozula bilər. Birinci yozum daha etibarlıdır, çünki tərkibində getmək sözü var. Peyğəmbərimiz deyib: “Elm dalınca Çinə də getmək olar”. Deməli, Çinə getmək məhz “uzağa get­mək”dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SİNONİM
SİNTOİZM

Значение слова в других словарях

а́йсберг берести́на куртиза́нка моро́зный мужи́к недоро́д пласти́нчатый пригоре́лый псих сухолюби́вый шварто́вый куафёр лесоту́ндровый надлопа́точный позабы́ться ро́вный скака́ть сторожи́ться ищу яхтклуб lidless life net orris trembling рывок